10
SURE
Yunus Suresi
⌄
⌄
2
3
4
Allahın haqq vədi olaraq hamınızın dönüşü Onadır! Həqiqətən, O, məxluqatı yoxdan yaradır, sonra isə iman gətirib yaxşı işlər görənləri ədalətli bir şəkildə mükafatlandırmaq üçün onu (dirildərək) geri qaytarır. Kafirlərə gəldikdə, inkar etdiklərinə görə onlar üçün qaynar sudan bir içki və acı bir əzab vardır.
5
6
7
9
10
11
12
13
15
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” - deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”.
16
17
18
19
20
21
Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”. (Bu ayə Məkkə əhalisi haqqında nazil olmuşdur. Rəvayət olunduğuna görə, Məkkəyə yeddi il yağış yağmadı. Quraqlığa görə qıtlıq və xəstəliklər baş verdi və bunun nəticəsində bir çox insan və heyvan məhv oldu. Nəhayət, Allah-Təala ora bol yağış yağdırdı və Məkkə təkrar bolluq və bərəkətə qovuşdu. Ancaq kafirlər bu rəhmətin Allahdan deyil, ulduzlardan və bütlərdən gəldiyinə inanaraq haqqı yalanlamağa davam etdilər.)
22
Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər.
23
24
Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik.
26
27
28
29
30
31
32
34
35
36
37
38
39
40
41
42
43
45
46
47
49
50
51
52
53
54
55
57
Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Yuxarıdakı ayədə Qurani-Kərimin dörd gözəl xüsusiyyəti ifadə edilmişdir. Belə ki, Quran insanlardakı yaxşı və pis xislətlər haqqında xəbər verir, insanları gözəl əxlaqa sövq edir, onları şirk, nifaq, şübhə, inkarçılıq və s. kimi mənəvi xəstəliklərdən xilas edərək əbədi səadətə yönləndirir.)
58
59
60
61
(Ey Peyğəmbər!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.
64
65
66
67
68
Onlar Allahın Özünə övlad götürdüyünü deyirlər. Halbuki O, pakdır və (belə xüsusiyyətlərdən) uzaqdır. O, heç nəyə möhtac deyil. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Buna (övlad götürməklə bağlı iddianıza) dair sizin heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeymi söyləyirsiniz?
70
71
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!
72
73
74
75
77
78
81
83
85
87
88
89
90
91
İndimi (iman gətirdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin. (Firon daha əvvəl Misirdə öz tanrılığını elan etmişdi. Onu tanrı kimi qəbul etməyənlərə isə şiddətli əzab verirdi. Xüsusilə də İsrail oğullarına əzab-əziyyət verir və onları qul kimi işlədirdi. Nəhayət, Musa peyğəmbərin və qardaşı Harun peyğəmbərin duaları Allah tərəfindən qəbul olunmuş və onlar öz qövmləri ilə birlikdə Fələstinə köçmək üçün Qızıl dənizin kənarına qədər gəlmişdilər. Əvvəlcə onların getməsinə icazə verən Firon isə fikrindən dönmüş və ordusu ilə onları təqib etmişdi. Musa peyğəmbər Allahdan gələn vəhylə əsasını dənizə vurmuş və dəniz iki yerə bölünmüşdü. İsrail oğulları həmin yerdən dənizi keçmiş, ancaq onların ardınca gələn Firon və ordusu dənizin ortasına çatdıqları zaman Allah onları suda boğmuşdu. Firon son nəfəsində iman gətirdiyi üçün onun imanı Allah tərəfindən qəbul edilməmişdir.)
92
93
94
98
Kaş (məhv etdiyimiz) hər hansı bir məmləkət (xalqı, özlərinə əzab gəlməzdən əvvəl) iman gətirəydi və imanları özlərinə fayda verəydi. Lakin Yunisin qövmü iman gətirdiyi zaman dünya həyatındakı rüsvayçılıq əzabını onlardan götürdük və onları bir müddətə qədər (dünya nemətlərindən) faydalandırdıq. (Yunis peyğəmbərin qövmü onu inkar etdikdən sonra o, buna qəzəblənərək onları tərk etmişdi. Qövmü isə onun xəbər verdiyi əzabın gələcəyini hiss etdiyi zaman etdiklərinə peşman olub əzabın gəlməməsi üçün Allaha yalvarmışdı. Buna görə də Allah-Təala əzabı onlardan götürmüşdü.)
99
101
102
103
104
106
107
108