16
SURE
Nahl Suresi
⌄
⌄
1
2
4
5
7
8
9
11
12
13
14
15
17
18
20
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) peyğəmbər göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (peyğəmbərləri) yalanlayanların aqibətinin necə olduğunu görün!
37
38
39
41
42
43
44
45
46
47
48
51
52
53
55
56
Onlar özlərinə verdiyimiz ruzidən (mahiyyətini) bilmədikləri şeylərə (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, iftira yaxdığınız şeylərə görə mütləq sorğu-sual olunacaqsınız! (İslamdan əvvəl bəzi bütpərəst ərəblər əkinlərin və heyvanların bir qismini Allah və bütlər arasında bölüşdürərək: “Bu Allahın, bu da bütlərimizin payıdır!” - deyirdilər. Yuxarıdakı ayədə bütpərəstlərin bu hərəkətlərinə işarə edilir.)
57
58
59
Ona verilən pis müjdə səbəbilə insanlardan gizlənər. O, onu (qız övladını) zəlillik içində yanındamı saxlasın, yoxsa torpağamı basdırsın (deyə düşünər). Görün, verdikləri hökm necə də pisdir! (Hüzaa və Kinanə qəbilələri: “Mələklər Allahın qızlarıdır!” - deyirdilər. Halbuki özləri qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Yuxarıdakı ayədə onların bu hərəkətləri təsvir edilməkdədir.)
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
84
85
86
88
89
90
91
92
Bir tayfa digər tayfadan (sayca və güc baxımından) daha çox olduğu üçün andlarınızı aranızda bir fitnə vasitəsinə çevirərək, ipliyi möhkəm əyirdikdən sonra açıb sökən qadın kimi olmayın! Allah bununla yalnız sizi imtahan edir. Şübhəsiz ki, O, ixtilafda olduğunuz məsələləri qiyamət günü sizə bəyan edəcəkdir.
93
94
95
96
97
98
Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın! (Bu ayədə Allah-Təala Quran oxumaq istəyənə əvvəlcə şeytanın şərindən Allaha sığınmasını əmr edir. Belə ki, Quran oxumağa başlayan bir müsəlman “Əuzu billəhi minəş-şəytanir-racim” deyərək oxumağa başlamalıdır. Bunun mənası “Qovulmuş şeytandan Allaha sığınıram!” deməkdir.)
99
101
Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nə nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, – dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, sərt davranmaqla bağlı bir ayə nazil olduğu zaman kafirlər: “Mühəmməd bu gün əmr etdiyini sabahısı gün qadağan edərək öz səhabələrini ələ salır”, - dedilər. Yuxarıdakı ayə onların bu iradlarına cavab olaraq nazil olmuşdur. Bu ayənin də işarə etdiyi kimi Quranda bir ayənin digər bir ayənin hökmünü ləğv (nəsx) etməsi müsəlmanların mənfəəti üçündür. Bir ayənin nəsx edilib, onun yerinə başqa bir ayənin nazil edilməsi, Allahın elm sifətinə heç bir xələl gətirməz, əksinə Onun hər şeyə hakim olduğunu və insanlara nəyin nə vaxt bildirilməli olduğunu yaxşı bildiyini göstərir.)
102
103
Şübhəsiz ki, Biz onların: “Ona (Quranı) ancaq bir insan öyrədir!” - dediklərini bilirik. Onların nəzərdə tutduqları şəxsin dili başqa bir dildir. Bu (Quran) isə açıq-aşkar ərəb dilindədir. (Müşriklər insanları şübhəyə salmaq məqsədilə, Quranı Peyğəmbərə xristian olan Rum əsilli Cəbra və ya Yaiş adında bir kölənin öyrətdiyini iddia edirdilər. Bu kölə, Rum olduğu üçün ərəb dilini düzgün bilmirdi. Halbuki Quranın ədəbi üslubu qarşısında ərəb ədibləri və şairləri belə heyrətlərini gizləyə bilmirdilər. Hətta Quran nazil olduqdan sonra, Kəbənin divarına asılan və “əl-Müəlləqətüs-səbə” adı verilən ən gözəl yeddi şeir, asıldıqları yerdən götürülmüş və Quranın onlardan üstün olduğu qəbul edilmişdir. Yuxarıdakı ayə də onların bu iddialarına cavab vermişdir.)
104
106
107
108
110
111
112
Allah (əhalisi) əmin-amanlıq içində olan və ruzisi hər yerdən bol-bol gələn bir şəhəri (Məkkəni) misal çəkir. Ancaq (oranın əhalisi) Allahın nemətlərini inkar etdi. Allah da onlara, etdikləri əməllərə görə aclıq və qorxu sıxıntısını daddırdı. (Yuxarıdakı ayədə sözü gedən şəhər Məkkə şəhəridir. Çünki məkkəlilər Allahın Peyğəmbərini yalanlayaraq sahib olduqları rifaha nankorluq etdilər. Buna görə də yeddi il boyunca şiddətli bir qıtlıqla üzləşdilər.)
113
114
115
116
118
119
120
123
124
125
126
Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir. (Təfsirlərdə qeyd olunan rəvayətə görə, Həzrət Peyğəmbər Ühüd döyüşündə müşriklər tərəfindən əmisi Həzrət Həmzənin burnu və qulaqlarının kəsilmiş, ciyərinin çıxarılmış olduğunu görən zaman: “Allaha and olsun ki, əgər Allah mənə zəfər bəxş edərsə, sənin yerinə yetmiş nəfəri belə edəcəyəm!” - deyə and içmişdi. Buna görə də yuxarıdakı ayə nazil oldu. Həzrət Peyğəmbər də andının əvəzini kəffarə ilə ödədi və andını həyata keçirmədi.)
127