39
SURE
Zümer Suresi
⌄
⌄
2
3
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz.
4
5
6
O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cift meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?! (Bu ayədə keçən “səkkiz cift” ifadəsi ilə erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi nəzərdə tutulmuşdur. Ayədəki “üç qaranlıq” ifadəsi bəzi təfsirçilər tərəfindən ana bətnindəki rüşeymin inkişaf mərhələləri, bir qisim təfsirçilər tərəfindən isə rüşeymin ətrafındakı pərdələr olaraq izah edilmişdir.)
7
Əgər inkar edərsinizsə, bilin ki, Allah sizə möhtac deyildir. Buna baxmayaraq O, qullarının inkar etməsinə razı olmaz. Əgər şükür etsəniz, O sizin bu şükrünüzdən razı qalar. Heç bir günahkar başqasının günahını yüklənməz. Sonra dönüşünüz Rəbbinizədir. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Şübhəsiz ki, Allah qəlblərin içindəkini biləndir.
8
9
10
15
16
18
20
21
22
23
Allah sözün ən gözəlini, bir-birinə bənzər və təkrarlanan bir kitab olaraq nazil etdi. Rəbbindən qorxanların onun təsirindən dəriləri ürpəşər. Sonra Allahı zikr etməklə dəriləri və qəlbləri yumşalar (rahatlıq tapar). Bu, Allahın hidayətidir. O, istədiyini onunla doğru yola yönəldər. Lakin Allahın haqq yoldan azdırdığı kimsəni heç kim doğru yola yönəldə bilməz.
24
25
26
29
Allah bir-biri ilə çəkişən bir neçə şəriyin sahib olduğu bir kişi (kölə) ilə bir tək sahibi olan kişini (köləni) misal çəkir. Onlar eyni vəziyyətdə ola bilərlərmi?! Həmd Allaha məxsusdur. Ancaq onların çoxu bunu bilməz. (Bu ayədə tövhid əqidəsinin tutarlılığı quldarlıq quruluşuna dair bir misalla izah edilmişdir. Belə ki, bir kölə ona əmrlər verən bir neçə ağasının olmasını, yoxsa yalnız bir ağasının olmasını istəyər? Əlbəttə, yalnız bir ağasının olmasını istəyər. Allaha şərik qoşmağı rədd edib tövhid əqidəsini qəbul etmək də belədir.)
30
32
35
36
Allah Öz quluna kifayət deyilmi?! Onlar səni Allahdan başqaları (bütlər) ilə qorxudurlar. Allah kimi haqq yoldan azdırarsa, artıq heç kim onu doğru yola yönəldə bilməz. (Müşriklər Həzrət Peyğəmbərə: “İlahlarımızı pisləmə, yoxsa onlar sənə zərər verərlər!” - deyirdilər. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)
37
38
Onlardan: “Göyləri və yeri kim yaratmışdır?” - deyə soruşsan, onlar hökmən: “Allah!” - deyəcəklər. De ki: “Elə isə deyin görək, əgər Allah mənə bir zərər yetirmək istəsə, Allahdan başqa dua etdikləriniz Onun zərərini dəf edə bilərlərmi? Yaxud Allah mənə mərhəmət etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?” De: “Allah mənə yetər. Təvəkkül edənlər ancaq Ona təvəkkül edərlər!”
40
41
42
Allah əcəlləri çatdığı zaman insanların canlarını alar, ölməyənlərin canlarını da yuxuda (müvəqqəti olaraq) alar. Yuxuda ikən ölümünə hökm verdiyinin ruhunu saxlayar (canını alar), digərlərini isə müəyyən bir vaxta qədər (həyata) geri qaytarar. Həqiqətən, düşünən insanlar üçün bunda ibrətlər vardır.
43
44
45
46
47
49
51
52
53
55
56
58
59
60
61
65
67
68
69
71
Kafirlər dəstələr halında cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora gəldikləri zaman onun qapıları açılacaq və oranın gözətçiləri onlara: “Sizə içinizdən sizin üçün Rəbbinizin ayələrini oxuyan və bu gününüzə qovuşacağınıza dair sizi xəbərdar edən peyğəmbərlər gəlməmişdimi?” - deyəcəklər. Onlar da: “Bəli!” - deyəcəklər. Lakin əzab sözü kafirlərin üzərinə vacib olmuşdur.
72
73
74