Ayetbul.net
⌂
Ana Sayfa
☾
Günlük Ayet
☾
Cüzler
⌂
Ana Sayfa
☾
Günlük Ayet
☾
Cüzler
⌂
Ana Sayfa
›
44. Duhan Suresi
44
SURE
Duhan Suresi
Əlixan Musayev
•
←
Önceki
Sure
Sonraki
Sure
→
📖
İÇERİK
Sure Seç
Sure seç
Fatiha Suresi
Bakara Suresi
Ali İmran Suresi
Nisa Suresi
Maide Suresi
Enam Suresi
Araf Suresi
Enfal Suresi
Tevbe Suresi
Yunus Suresi
Hud Suresi
Yusuf Suresi
Rad Suresi
İbrahim Suresi
Hicr Suresi
Nahl Suresi
İsra Suresi
Kehf Suresi
Meryem Suresi
Taha Suresi
Enbiya Suresi
Hac Suresi
Müminun Suresi
Nur Suresi
Furkan Suresi
Şuara Suresi
Neml Suresi
Kasas Suresi
Ankebut Suresi
Rum Suresi
Lokman Suresi
Secde Suresi
Ahzab Suresi
Sebe Suresi
Fatır Suresi
Yasin Suresi
Saffat Suresi
Sad Suresi
Zümer Suresi
Mümin Suresi
Fussilet Suresi
Şura Suresi
Zuhruf Suresi
Duhan Suresi
Casiye Suresi
Ahkaf Suresi
Muhammed Suresi
Fetih Suresi
Hucurat Suresi
Kaf Suresi
Zariyat Suresi
Tur Suresi
Necm Suresi
Kamer Suresi
Rahman Suresi
Vakıa Suresi
Hadid Suresi
Mücadele Suresi
Haşr Suresi
Mümtehine Suresi
Saff Suresi
Cuma Suresi
Münafikun Suresi
Tegabun Suresi
Talak Suresi
Tahrim Suresi
Mülk Suresi
Kalem Suresi
Hakka Suresi
Mearic Suresi
Nuh Suresi
Cin Suresi
Müzzemmil Suresi
Müddessir Suresi
Kıyamet Suresi
İnsan Suresi
Mürselat Suresi
Nebe Suresi
Naziat Suresi
Abese Suresi
Tekvir Suresi
İnfitar Suresi
Mutaffifin Suresi
İnşikak Suresi
Büruc Suresi
Tarık Suresi
Ala Suresi
Gaşiye Suresi
Fecr Suresi
Beled Suresi
Şems Suresi
Leyl Suresi
Duha Suresi
İnşirah Suresi
Tin Suresi
Alak Suresi
Kadir Suresi
Beyyine Suresi
Zilzal Suresi
Adiyat Suresi
Karia Suresi
Tekasür Suresi
Asr Suresi
Hümeze Suresi
Fil Suresi
Kureyş Suresi
Maun Suresi
Kevser Suresi
Kafirun Suresi
Nasr Suresi
Tebbet Suresi
İhlas Suresi
Felak Suresi
Nas Suresi
⌄
📝
ÇEVİRİ
Meal Seç
Meal seç
Ali Bulaç
Ahmed Hulusi
Bayraktar Bayraklı
Diyanet İşleri
Edip Yüksel (Eski Baskı)
Elmalılı Hamdi Yazır
Elmalılı (sadeleştirilmiş)
Gültekin Onan
Hasan Basri Çantay
İbni Kesir
Muhammed Esed
Şaban Piriş
Suat Yıldırım
Süleyman Ateş
Yaşar Nuri Öztürk
Mustafa İslamoğlu
Erhan Aktaş
Erhan Aktaş (Eski Baskı)
Ali Rıza Safa
Süleymaniye Vakfı
Edip Yüksel
Mehmet Okuyan
Əlixan Musayev
Bünyadov-Məmmədəliyev
Ələddin Sultanov
Rashad Khalifa
The Monotheist Group
Edip-Layth
Mustafa Khattab
Al-Hilali & Khan
Abdullah Yusuf Ali
Marmaduke Pickthall
Abul A'la Maududi
Taqi Usmani
Abdul Haleem
Mohamed Ahmed - Samira
Muhammad Asad
Abdel Khalek Himmat
Progressive Muslims
Shabbir Ahmed
Syed Vickar Ahamed
Sahih International
Ali Quli Qarai
Bijan Moeinian
George Sale
Mahmoud Ghali
Amatul Rahman Omar
E. Henry Palmer
Hamid S. Aziz
Arthur John Arberry
Aisha Bewley
Sam Gerrans
Эльмир Кулиев
⌄
▶
00:00
/
00:00
1
Ha. Mim.
2
And olsun (bu) aydın Kitaba!
3
Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.
4
Hər bir hikmətli iş o (gecədə) ayırd edilir –
5
dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, (kitabları və elçiləri) Biz göndəririk –
6
sənin Rəbbinin mərhəməti kimi. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
7
Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir.
8
Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.
9
Lakin onlar şəkkə qapılıb əylənirlər.
10
Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
11
O (tüstü) (ki,) insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.
12
(Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər.
13
Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,
14
onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.
15
Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə (azğınlığa) qayıdacaqsınız.
16
(Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün, Biz (onlardan) intiqam alacağıq.
17
Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
18
(O dedi): “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.
19
Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
20
Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz (olan Allaha) sığınıram.
21
Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
22
Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
23
(Allah dedi:) “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.
24
Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
25
Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
26
(Habelə) əkinlər, möhtəşəm yerlər
27
və içində həzz aldıqları nemətləri də (qoyub getdilər).
28
Bax belə! Biz o (nemətlərə) başqalarını varis etdik.
29
Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
30
Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
31
Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.
32
Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.
33
Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
34
Bunlar mütləq deyəcəklər:
35
“Bizim ancaq bircə ölümümüz var. Biz (bir daha) dirildilməyəcəyik.
36
Əgər doğru deyirsinizsə, onda atalarımızı (dirildib) gətirin!”
37
Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
38
Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və (əbəs yerə) yaratmadıq.
39
Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları (bunu) bilmir.
40
Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
41
O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.
42
Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
43
Həqiqətən, zəqqum ağacı
44
günahkar adamın yeməyidir.
45
Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
46
qaynar su qaynayan kimi.
47
Onu tutub Cəhənnəmin ortasına sürüyün!
48
Sonra əzab vermək üçün başına qaynar su tökün!
49
Dad (bu əzabı!) Sən ki qüdrətli və şərəfli idin.
50
Sizin şübhə etdiyiniz (əzab) budur!
51
Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
52
bağçalarda və çeşmələr başında olacaqlar!
53
Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
54
Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.
55
Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
56
Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur –
57
sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.
58
Biz (Quranı )sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.
59
Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.