46
SURE
Ahkaf Suresi
⌄
⌄
3
4
5
6
7
8
9
10
De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, bu ayədə keçən “İsrail oğullarından olan şahid” Musa peyğəmbərdir. Digər bir rəvayətə görə isə, Həzrət Peyğəmbərin dövründə İslam dinini qəbul edən yəhudi əsilli Abdullah ibn Salamdır.)
11
Kafirlər iman gətirənlər barəsində: “Əgər o (İslam dini) yaxşı bir şey olsaydı, onlar bu məsələdə bizdən önə keçə bilməzdilər”, - deyirlər. Ancaq onlar bununla doğru yola gəlmək istəmədikləri üçün: “Bu, keçmişdən qalan bir yalandır!” - deyəcəklər. (İslamı ilk qəbul edənlər əsasən kölələr, kasıblar və acizlər olduğu üçün Qüreyş qəbiləsinin öndərləri İslamın xeyir gətirmədiyini və bunun da İslam dinini qəbul edənlərin səviyyələrindən bəlli olduğunu iddia etmişdilər. Yuxarıdakı ayədə onların bu hərəkətlərinə işarə edilir.)
12
13
15
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
16
17
Ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-keçdiyi halda siz (yenidən dirildilib qəbirdən) çıxardılacağımla məni təhdid edirsiniz?” – deyənə onlar: “Vay sənin halına! İman gətir! Həqiqətən, Allahın vədi haqdır”, - deyərək Allahdan yardım istəyərlər. Ancaq o: “Bu yalnız əvvəlkilərin əfsanələridir”, - deyər.
18
19
20
21
Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”. (Bu ayədə keçən “Əhqaf” kəlməsi “yüksək qum təpələri” mənasına gəlir. Hud əleyhissəlamın göndərildiyi Ad qövmü Yəməndə dəniz kənarındakı qum təpələri arasında məskunlaşdığı üçün həmin əraziyə “Əhqaf” deyilmişdir.)
22
23
24
25
26
27
28
29
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərində ikən Nəhl vadisində sübh namazını qıldırmışdı. Bu əsnada yeddi, yaxud doqquz nəfərdən ibarət cin dəstəsi Həzrət Peyğəmbərin oxuduğu Quranı dinləmək üçün gəlmişdilər. Onlar Quranı dinlədikdən sonra onu təbliğ etmək məqsədilə öz tayfalarının yanına qayıtmışdılar.)
30
31
32
33
34
35
Əzmkar (ülül-əzm) peyğəmbərlərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər! (Yuxarıdakı ayədə ifadə edilən “ülül-əzm peyğəmbərlər” ilə Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Musa, Həzrət İsa və Həzrət Mühəmməd nəzərdə tutulur. Çünki bu peyğəmbərlər şəriət sahibi olmuş, din yolunda böyük əziyyətlərə məruz qalmış və bu yolda səbat göstərmişlər.)