Ayetbul.net
⌂
Ana Sayfa
☾
Günlük Ayet
☾
Cüzler
⌂
Ana Sayfa
☾
Günlük Ayet
☾
Cüzler
⌂
Ana Sayfa
›
56. Vakıa Suresi
56
SURE
Vakıa Suresi
Əlixan Musayev
•
←
Önceki
Sure
Sonraki
Sure
→
📖
İÇERİK
Sure Seç
Sure seç
Fatiha Suresi
Bakara Suresi
Ali İmran Suresi
Nisa Suresi
Maide Suresi
Enam Suresi
Araf Suresi
Enfal Suresi
Tevbe Suresi
Yunus Suresi
Hud Suresi
Yusuf Suresi
Rad Suresi
İbrahim Suresi
Hicr Suresi
Nahl Suresi
İsra Suresi
Kehf Suresi
Meryem Suresi
Taha Suresi
Enbiya Suresi
Hac Suresi
Müminun Suresi
Nur Suresi
Furkan Suresi
Şuara Suresi
Neml Suresi
Kasas Suresi
Ankebut Suresi
Rum Suresi
Lokman Suresi
Secde Suresi
Ahzab Suresi
Sebe Suresi
Fatır Suresi
Yasin Suresi
Saffat Suresi
Sad Suresi
Zümer Suresi
Mümin Suresi
Fussilet Suresi
Şura Suresi
Zuhruf Suresi
Duhan Suresi
Casiye Suresi
Ahkaf Suresi
Muhammed Suresi
Fetih Suresi
Hucurat Suresi
Kaf Suresi
Zariyat Suresi
Tur Suresi
Necm Suresi
Kamer Suresi
Rahman Suresi
Vakıa Suresi
Hadid Suresi
Mücadele Suresi
Haşr Suresi
Mümtehine Suresi
Saff Suresi
Cuma Suresi
Münafikun Suresi
Tegabun Suresi
Talak Suresi
Tahrim Suresi
Mülk Suresi
Kalem Suresi
Hakka Suresi
Mearic Suresi
Nuh Suresi
Cin Suresi
Müzzemmil Suresi
Müddessir Suresi
Kıyamet Suresi
İnsan Suresi
Mürselat Suresi
Nebe Suresi
Naziat Suresi
Abese Suresi
Tekvir Suresi
İnfitar Suresi
Mutaffifin Suresi
İnşikak Suresi
Büruc Suresi
Tarık Suresi
Ala Suresi
Gaşiye Suresi
Fecr Suresi
Beled Suresi
Şems Suresi
Leyl Suresi
Duha Suresi
İnşirah Suresi
Tin Suresi
Alak Suresi
Kadir Suresi
Beyyine Suresi
Zilzal Suresi
Adiyat Suresi
Karia Suresi
Tekasür Suresi
Asr Suresi
Hümeze Suresi
Fil Suresi
Kureyş Suresi
Maun Suresi
Kevser Suresi
Kafirun Suresi
Nasr Suresi
Tebbet Suresi
İhlas Suresi
Felak Suresi
Nas Suresi
⌄
📝
ÇEVİRİ
Meal Seç
Meal seç
Ali Bulaç
Ahmed Hulusi
Bayraktar Bayraklı
Diyanet İşleri
Edip Yüksel (Eski Baskı)
Elmalılı Hamdi Yazır
Elmalılı (sadeleştirilmiş)
Gültekin Onan
Hasan Basri Çantay
İbni Kesir
Muhammed Esed
Şaban Piriş
Suat Yıldırım
Süleyman Ateş
Yaşar Nuri Öztürk
Mustafa İslamoğlu
Erhan Aktaş
Erhan Aktaş (Eski Baskı)
Ali Rıza Safa
Süleymaniye Vakfı
Edip Yüksel
Mehmet Okuyan
Əlixan Musayev
Bünyadov-Məmmədəliyev
Ələddin Sultanov
Rashad Khalifa
The Monotheist Group
Edip-Layth
Mustafa Khattab
Al-Hilali & Khan
Abdullah Yusuf Ali
Marmaduke Pickthall
Abul A'la Maududi
Taqi Usmani
Abdul Haleem
Mohamed Ahmed - Samira
Muhammad Asad
Abdel Khalek Himmat
Progressive Muslims
Shabbir Ahmed
Syed Vickar Ahamed
Sahih International
Ali Quli Qarai
Bijan Moeinian
George Sale
Mahmoud Ghali
Amatul Rahman Omar
E. Henry Palmer
Hamid S. Aziz
Arthur John Arberry
Aisha Bewley
Sam Gerrans
Эльмир Кулиев
⌄
▶
00:00
/
00:00
1
Vaqiə qopacağı zaman
2
onun qopduğunu heç kəs dana bilməz.
3
O (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaqdır.
4
Yer şiddətlə titrədiyi zaman,
5
Dağlar parça-parça olub ovxalandığı
6
və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,
7
siz üç qrupa ayrılacaqsınız.
8
Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
9
Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
10
(Xeyirxahişlərdə) öndə gedənlər, (Cənnətdə də) öndədirlər!
11
Onlar (Allaha) yaxın olanlar,
12
Nəim bağlarında (qalacaq kimsələrdir).
13
Onların çoxu əvvəlki nəsillərdən,
14
az bir qismi də axırıncılardandır.
15
(Onlar )bəzənmiş taxtlar üstündə
16
qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
17
Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar fırlanacaqlar;
18
çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
19
ondan başları ağrımaz və məst olmazlar,
20
bəyənib seçdikləri meyvələr
21
və istədikləri quş əti ilə (fırlanacaqlar).
22
(Onları )iri qaragözlü hurilər gözləyir –
23
(sədəf içində) saxlanılmış mirvariyə bənzər (hurilər).
24
(Bu,) onların etdikləri əməllərin mükafatı olacaq.
25
Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
26
Ancaq: “Salam! Salam!”– sözləri (eşidəcəklər).
27
Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
28
(Onlar) tikansız sidr ağacları arasında,
29
meyvələri salxım-salxım asılmış banan ağacları altında,
30
uzanmış kölgəliklərdə,
31
daim axan sular kənarında,
32
çoxlu meyvələr,
33
tükənməz və qadağan edilməyən (meyvələr) içində
34
və hündür döşəklər üstündə olacaqlar.
35
Biz (Cənnətdəki) qadınları yeni biçimdə yaradacağıq.
36
Onları bakirə qızlar edəcəyik –
37
ərlərini sevən, həmyaşıdlar.
38
(Bunlar) sağ tərəf sahibləri üçündür.
39
Onların çoxu əvvəlki nəsillərdən,
40
bir qismi də axırıncılardandır.
41
Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
42
Onlar qızmar yel və qaynar su içində,
43
qapqara duman kölgəsində olacaqlar.
44
(Bu duman) nə sərin, nə də xoşagələndir.
45
Onlar bundan əvvəl cah-calal içində idilər,
46
böyük günah işlətməkdə israr edirdilər
47
və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
48
Yaxud bizim əcdadlarımız (dirildiləcəklərmi)?”
49
De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
50
bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.
51
Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!
52
Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
53
qarınlarınızı onunla dolduracaqsınız,
54
üstündən də qaynar su içəcəksiniz.
55
(Siz onu) susamış xəstə dəvələr kimi içəcəksiniz”.
56
Bu onların Haqq-hesab günündəki ziyafətidir.
57
Sizi Biz yaratdıq. Bəs nə üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz?
58
Axıtdığınız nütfəni gördünüzmü?
59
Onu siz yaradırsınız, yoxsa Biz?
60
Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
61
Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa (Bizə mane olan tapılmaz.)
62
Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün (dirildiləcəyiniz barədə) düşünmürsünüz?
63
Əkdiyinizi gördünüzmü?
64
Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk?
65
Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
66
(vədeyərdiniz): “Biz ziyana uğradıq.
67
Daha doğrusu (nemətlərdən) məhrum olduq!”
68
İçdiyiniz suyu gördünüzmü?
69
Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk?
70
Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
71
Yandırdığınız odu gördünüzmü?
72
Onun ağacını siz yaradırsınız, yoxsa Biz yaradırıq?
73
Biz onu (Cəhənnəmi) yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
74
Elə isə Ulu Rəbbinin adına təriflər de!
75
Ulduzların batdığı yerlərə and olsun!
76
Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
77
Həqiqətən, bu, ehtirama layiq Qurandır,
78
qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
79
Ona yalnız pak olanlar toxunur.
80
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81
Siz bu kəlamı yalan sayırsınız?
82
Sizə verilən ruziyə (şükür etməyi), onu yalan saymaqla yerinə yetirirsiniz?
83
(Can) boğaza yetişdiyi zaman –
84
həmin an siz (can verən adama) baxırsınız.
85
Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz.
86
Madam ki siz (iddianızagörə) haqq-hesab olunmayacaqsınız
87
və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
88
Amma əgər o, (Allaha) yaxın olanlardandırsa,
89
onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
90
Əgər o, sağ tərəf sahiblərindəndirsə,
91
(ona): “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir.)
92
Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,
93
(onun ) ziyafəti qaynar su olacaq,
94
özü də Cəhənnəmdə yanacaqdır.
95
Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
96
Elə isə Ulu Rəbbinin adına təriflər de!