74
SURE
Müddessir Suresi
⌄
⌄
25
Bu, insan sözündən başqa bir şey deyildir”. (Rəvayət olunduğuna görə, Həzrət Peyğəmbər Quran oxuyarkən müşriklərdən Vəlid ibn Müğirə bunu eşitmiş və çox təsirlənmişdi. Bunu eşidən Qüreyşli müşriklər: “Vəlid dinindən döndü. Ona baxıb digər Qüreyşlilər də dinlərindən dönəcəklər”, - demişdilər. Nəhayət, Əbu Cəhl Vəlid ibn Müğirəni fikrindən döndərdi. O da çarəsiz qalıb Quranın sehr olduğunu iddia etdi. Bundan sonra müşriklər Həzrət Peyğəmbərə “sehrbaz” deməyə başladılar.)
31
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da kafirlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman gətirənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlblərində xəstəlik olanlar və kafirlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.