84
SURE

İnşikak Suresi

Ələddin Sultanov •
⌄
⌄
00:00 / 00:00
1
Göy yarılacağı,
2
Və Rəbbini dinləyib itaət edəcəyi zaman,
3
Yer üzü dümdüz ediləcəyi,
4
İçindəkiləri atıb boşalacağı,
5
Və Rəbbini dinləyib itaət edəcəyi zaman!
6
Ey insan! Həqiqətən, sən Rəbbinə qovuşana qədər çalışıb çabalayırsan. Nəhayət, Ona qovuşacaqsan.
7
Kimin əməl dəftəri sağ tərəfindən verilərsə,
8
Onun haqq-hesabı asan olacaq,
9
Və sevinərək ailəsinin yanına qayıdacaqdır.
10
Ancaq kimin əməl dəftəri arxa tərəfindən verilərsə,
11
O, yox olmaq (ölmək) istəyəcək,
12
Və alovlu oda girəcəkdir.
13
O, (dünyada ikən) ailəsinin yanında sevincli idi.
14
O heç vaxt (Rəbbinə) dönməyəcəyini zənn edirdi.
15
Xeyr! Həqiqətən, Rəbbi onu görürdü.
16
And içirəm şəfəqə,
17
Gecəyə və qoynuna aldıqlarına,
18
Bədirlənmiş aya!
19
Həqiqətən, siz (ölüm, təkrar dirilmə və haqq-hesaba çəkilmə kimi) mərhələlərdən keçəcəksiniz.
20
Onlara nə olub ki, iman gətirmirlər?
21Səcdə ayəsi
Səcdə ayəsi
22
Əksinə, kafirlər (Quranı və axirəti) təkzib edirlər.
23
Halbuki Allah onların gizlətdiklərini yaxşı bilir.
24
Ona görə də sən onlara ağrılı-acılı bir əzabla müjdə ver!
25
Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.