59
SURE
Haşr Suresi
⌄
⌄
2
Kitab əhlindən inkar edənləri (müsəlmanlar qalalarının önündə) ilk toplandıqları zaman yurdlarından çıxardan Odur. Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn edirdilər ki, qalaları özlərini Allahdan qoruyacaqdır. Ancaq Allah (Allahın əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi və onların qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey ağıl sahibləri, (bundan) ibrət alın!
3
4
5
6
Allahın onların mallarından Peyğəmbərinə verdiyi qənimətlər üçün siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah peyğəmbərlərini istədiyi kimsələrin üstünə göndərər. Allah hər şeyə qadirdir. (İslam ordusu Mədinədən iki mil uzaqlıqda yaşayan Nəzir oğullarının üstünə hücum etmişdi. Onlara aid torpaqlar, müharibəsiz ələ keçirildiyi üçün qənimət olaraq yalnız Həzrət Peyğəmbərə məxsus edilmişdi. O da bu torpaqların bir hissəsini ailəsini dolandırmaq və ordunun ehtiyaclarını təmin etmək üçün əlində saxlamış, bir qismini isə ehtiyac sahibi müsəlmanlara vermişdi.)
7
Allahın (fəth edilən) məmləkətlərin xalqından Peyğəmbərinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, Peyğəmbərə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Peyğəmbər sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir.
8
9
Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlblərində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.
10
11
Münafiqlərin kitab əhlindən inkar edən qardaşlarına: “Əgər siz yurdunuzdan çıxarılsanız, əlbəttə, biz də sizinlə birlikdə çıxacağıq. Sizin əleyhinizdə heç kimə itaət etmərik! Əgər onlar sizinlə vuruşarlarsa, mütləq sizə yardım edəcəyik!” - dediklərini görmədinmi? Allah onların yalançı olduqlarına şahidlik edir. (Yuxarıdakı ayədə münafiqlərin başçısı Abdullah ibn Übeyyin yəhudilərdən Nəzir oğulları ilə məktublaşmasına işarə edilir.)
12
13
14
15
16
18
19
21
22
23