60
SURE
Mümtehine Suresi
⌄
⌄
1
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman gətirdiyinizə görə Peyğəmbəri və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar.
2
3
4
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman gətirənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminlər belə demişdilər:) “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etmişik, Sənə yönəlmişik. Axır dönüş Sənədir! (Həzrət İbrahim iman gətirməyən atasına, onun üçün Allahdan məğfirət diləyəcəyini söyləmiş və ona möhlət vermişdi. Ancaq daha sonra İbrahimin atası üçün məğfirət diləməsi Allah tərəfindən qadağan edilmişdi. Çünki kafirlər üçün məğfirət diləmək düzgün bir əməl deyildi.)
5
6
7
8
9
10
Ey iman gətirənlər! Mömin qadınlar hicrət edərək sizin tərəfinizə keçdiklərində dərhal onları sınağa çəkin! Allah onların imanlarını daha yaxşı bilir. Əgər onların həqiqətən, mömin olduqlarını yəqinliklə bilsəniz, onları kafirlərə geri verməyin! Nə bunlar onlara (kafirlərə) halaldır, nə də onlar (kafirlər) bunlara halaldır. Onların (kafirlərin) xərclədiklərini (verdikləri mehrləri) özlərinə qaytarın! Mehrlərini verdiyiniz zaman onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınları nikahınız altında saxlamayın! (Onlar üçün) xərclədiyinizi (verdiyiniz mehrləri) geri istəyin! Onlar (kafirlər) da xərclədiklərini (verdikləri mehrləri) geri istəsinlər. Bu, Allahın sizin üçün qoyduğu hökmdür. O, aranızda hökm verər. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Hüdeybiyyə müqaviləsini nizamlayan bu ayəyə görə, müsəlmanlara sığınan müsəlman bir qadın kafirlərə geri verilməyəcəkdi. Çünki müqavilədə müsəlmanlara sığınan müsəlman kişilərin kafirlərə geri qaytarılması şərti vardı. Bu ayə müsəlmanlara sığınan qadınların artıq kafirlərin nikahı altında olmadıqlarını bildirərək onların qaytarılmasının müqaviləyə daxil olmadığını bildirir.)
11
12
Ey Peyğəmbər! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.